Mübariz İbrahim Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

    Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür. Vətən üçün can əsirgəmir, şəhadətləri ilə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar.

    Xalqımız şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Vətən sevgisi ilə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

Mübariz ona qoyulan adı doğrultdu. Onunçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Bu gün onun doğum günüdür.

    Bu münasibətlə 07.02.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir" adlı tədbir keçirildi. Tədbirdə 22 yaşlı qəhrəmanın şəhidlik zirvəsinə qovuşmasindan söhbət açıldı. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. 22yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən.

    Sonda tədbir iştirakçıları məktəbimizin həyətində yerləşən 6 şəhid məzunumuzun abidə kompleksini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi