Xeyriyyəçiliyin memarı

    1823- cü il sentyabrın 25- də Bakıda başmaqçı ailəsində Zeynalabdin adında bir oğlan dünyaya gəldi. İllər keçdi.Zeynalabdin nüfuzlu neft maqnatlarından və mesenantlarından biri kimi adını Azərbaycan tarixinə yazdırdı. Birdən-birə milyonlar səltənətinə düşməsi onun başını gicəlləndirmir. O, gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir,istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, mədəniyyətimizin inkişafına sponsorluq edir. Bakıda Müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur.

    26.01.2023- cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 7 e sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Tədbirdə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenant H.Z.Tağıyevin həyatı barədə bir-birindən maraqlı məlumatlar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi