Unutmadıq, unutdurmadıq

    Zaman ötür,illər əsrlərə, əsrlər minilliklərə-tarixə çevrilir. Zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir.

    20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, azadlıq istəyinin oyanış günüdür. 33 ildir Azərbaycan xalqı bu günü-Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. 18.01.2023-cü il tarixdə Xəzər rayonu H. Z. Tağıyev adına 123N-li tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir təşkil olundu.  Tədbir ibtidai sinif şagirdləri tərəfindən hazırlanmışdı.Şagirdlər vətənə olan sevgisinişəhidlərimizin xatirəsini yad etmək,uca tutmaq torpağın müqəddəsliyi kimi hissləri öz şeirlərində,səhnəciklərində nümayiş etdirdilər.

    Belə tədbirlərin keçirilməsi gələcək nəslin daha da vətənpərvər,igid,comərd böyüməsində əhəmiyyəti böyükdür. Allah şəhidlərimizə rəhmət etsin !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi