Unutmarıq bir an Sizi

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

    Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 30 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızı qəhrəmanlıq salnaməsi yeni parlaq səhifə yazdılar. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı.

    Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümünü izdihamlı ziyarətlərlə müşayiət edir, məzarlara qərənfillər düzür, onları qürurla anır, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

    17.01.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup müəllim və şagird heyəti 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün "Şəhidlər xiyabanı"nı ziyarət etdilər. Məzarları üzərinə gül dəstələri qoydular, ruhlarına dua oxudular.

    Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, azadlıq və müstəqillik arzuları həqiqətə çevrildi. Ruhları şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi