Təbiəti sevək və qoruyaq

    Yaşadığımız dünya, bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü- florasını və canlılar aləmini- faunasını qorumalıyıq. Təbiətin qayğısını çəkməklə insan öz gözəl səadətli gələcəyini təmin edər. Təbiəti qorumaq hər bir vətəndaşın borcudur.

    09.01.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimi B.Rəsulova 7c sinif şagirdləri ilə "Təbiəti sevək və qoruyaq" adlı tədbir təşkil etdi. Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başladı. Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər tərəfindən təbiətə aid gözəl şeirlər, mahnılar səslənildi, yanıltmaclar,aforizmlər söylənildi. Səhnəciklər nümayiş etdirildi,videoçarxlar izlənildi.

    Sonda məktəbin direktoru Sevinc xanım Bahar müəllimə və 7c sinif şagirdlərinə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi