Məktəb şagirdin gözü ilə

    05.01.2023-cü il tarixdə məktəbin psixoloqu Əsgərova Aygün tərəfindən 5-9-cu sinif şagirdləri arasında intellektual, şəxsi emosional inkişafın, təklif və iradları, fərdi psixoloji xüsusiyyətləri müəyyən etmək üçün "Məktəb şagirdin gözü ilə" mövzusunda psixoloji test keçirildi. Testin keçirilməsində məqsəd məktəbdə təlimin keyfiyyətinin təmin olunması və məktəb haqqında şagirdlərin fikrini öyrənməkdən ibarət idi. Şagirdlər kağız üzərindəki fikirləri ilə məktəb haqqındakı təəssüratlarını qeyd etdilər.

    Testin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı. Əminik ki, bu yönümdə testlərin keçirilməsi şagird dünyagöruşünün formalaşmasında müəyyən rol oynayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi