Bakı Kitab Mərkəzinə ekskursiya

    Kitab oxumaq bizim söz ehtiyatımızı artırır. Daha çox kəlmə öyrənərək insan daha gözəl danışır, demək istədiklərini duyğularını daha yaxşı ifadə edir. Kitab bizim keçmişimiz və gələcəyimiz arasında bir körpü rolunu oynayır.

    Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran, çox əhəmiyyətli bir vasitədir.

    30.12.2022-ci il tarixdə məktəbin tarix müəllimi M.Nüşabə şagirdlərdə mütailəyə daha da maraq yaratmaqdan ötrü 8c sinif şagirdlərini Bakı Kitab Mərkəzinə ekskursiyaya apardı. Kitab mərkəzinin bələdçisi Ülkər xanım şagirdləri kitabxananın bütün bölmələri ilə tanış edərək onlara maraqlı məlumatlar verdi.

    Uşaqlar oxu zalında əyləşib bir-birindən maraqlı kitablar oxudular. Sonda Kitab mərkəzi tərəfindən şagirdlərə kitablar hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi