Yeni il yeni arzular

    Yeni il özü ilə yeni arzular,yeni ümidlər gətirir. İnsan arzuları isə bitib-tükənməzdir. Belə bir deyim var ki, Yeni ilə hansı əhval-ruhiyyədə başlasan, bütün ili həmin ovqatla başa vuracaqsan.

    Yeni il bayramı ərəfəsində xalqımız başqa bir əziz bayramı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də böyük coşqu ilə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür.

   "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam !" müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

    30.12.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbiri təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi