İnformatika-məntiq

    Riyaziyyat , fizika , informatika fənn aylığı çərçivəsində məktəbin informatika müəllimi Müstəcəbova Səbinə 5-ci siniflər arasında İnformatika – məntiq adlı “Breyn-rinq” təşkil etdi: “ Breyn-rinq"də hər sinif üzrə bir komanda ( 5 şagirddən ibarət) iştirak etdi . 5a – “Hədəf” komandası , 5b -“Zəfər” komandası 5c- “Güvən” komandası , 5d- “Uğur” komandası. Yarışma 3 mərhələdən ibarət idi. Hər mərhələdə 5 sual verildi. Şagirdlər böyük həvəs və coşqu ilə verilən sualları ətraflı cavablandırırdılar.

    Böyük maraq və sevinclə keçən bu oyunda 9 balla 5a sinfi I yerə , 8,5 balla 5 b sinfi II yerə , 6,5 balla 5c sinfi, 4,5 balla 5d sinfi yerlərə layiq görüldü. Sonda şagirdlər diplomlarla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi