Riyazi möcüzələr

    İnsan övladı qədər qədimdir riyaziyyat. İnsanların böyük qismi üçün mücərrəddir, anlaşılmazdır, sirdir və möcüzədir riyaziyyat. Digər insanlar üçün təbiətin açarıdır, poeziyadır, musiqidir, gözəllikdir riyaziyyat. Ən sonda elmlərin açarıdır riyaziyyat

    23.12.2022- ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə “ Riyaziyyat fənn aylığı" nın qarşıya qoyduğu əsas məqsəd və tələblərə uyğun olaraq dəyirmi masa keçirildi. Məktəbin riyaziyyat müəllimi Mustafayeva Xatirə 7 e sinif şagirdləri ilə “ Riyazi möcüzələr”mövusunda dəyirmi masa təşkil etdi.

    Dəyirmi masada iştirak edən 7e sinif şagirdləri riyaziyyat elminin möcüzələri haqqında maraqlı məlumatlar verdilər, dahi riyaziyyatçıların kəşflərindən nümunələr gətirdilər. Riyaziyyat elmi haqqında müdrik kəlamlar söylədilər, elmlərin açarı olan riyaziyyatın digər elmlərin öyrənilməsindəki rolundan danışdılar.

    Maraqlı faktlar, divar qəzetləri, şagirdlərin hazırladıqları slaydlar riyaziyyat fənninə olan maraqdan irəli gəlmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi