Hər bir peşə lazımlıdır

    Uşaqların əməklə, peşə ilə tanışlığı ailədə başlayır. Onlar ailədə valideynlərin və ailənin böyük yaşlı üzvlərinin əməyi ilə tanış olur, məişət əməyində bilavasitə iştirak edir, gücləri çatan ev işlərində valideynlərə kömək edirlər. Bununla yanaşı, kiçik yaşlı şagirdlər çox vaxt ailədə əmək, peşə iş və s. haqqında ailə üzvlərinin söhbətlərini də eşidir, onların peşələri haqqında müəyyən məlumata yiyələnirlər. Bütün bunlar isə şagirdlərdə ilk əmək vərdişlərinin və peşələrlə tanışlığın yaranmasında müəyyən rol oynayır.

    Kiçik yaşlı məktəblilərlə aparılan peşəyönümü işində şagirdlərin peşələr aləmi ilə tanış edilməsi, onlarda əməyə və əmək adamlarına hörmət aşılanması başlıca yer tutur.

20.12.2022-ci il tarixdə H Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə II, IV sinif şagirdləri ilə "Hər bir peşə lazımlıdır"mövzusunda maarifləndirici söhbətlər aparıldı. Bu söhbətlərin aparılması, gələcəkdə şagirdlərin peşə seçimində çox böyük rolu olacaqdır.

    Şagirdlər bu mövzunu ətraflı müzakirə etdilər, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi