Şagirdlərin peşələrə meyl və maraqlarının aşkarlanması

    5-7-ci siniflərdə şagirdlərin peşə maraqlarının, meyllərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə onların müxtəlif növ fəaliyyətə (idrak, əmək, oyun) cəlb edilməsi üçün şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. İdrak fəaliyyəti üçün emosional fon, psixoloji iqlim, idrak maraqları və mativləri, əmək fəaliyyəti üçün zəruri avadanlıq və əşyalar, kommunikativ fəaliyyəti üçün etik və estetik şərait belə şərtlərdən olub, bu tələbin yerinə yetirilməsində mühüm yer tutur.

    5 - 7-ci siniflərdə peşə fəaliyyətinə şəxsi marağın artması, öz maraq, meyl və imkanları barədə fikirlərinin formalaşması, müxtəlif sosial və peşə praktikası sahələrində (incəsənət, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət və s.) ilkin təcrübənin əldə olunması ilə səciyyələnir.

    Bu baxımdan vərdiş və bacarıqların daha da təkmilləşdirilməsi üçün 19.12.2022-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 9d sinif şagirdləri ilə "Ən çox sevdiyim peşə" mövzusunda maarifləndirici söhbət aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi