1b sinfi ekskursiyada

    Şagirdlərin bilik, bacarıqlarını təkmilləşdirmək, məlumatlılıq səviyyəsini artırmaq əşya və hadisələri onlara əyani surətdə öyrətmək məqsədilə kiçik yaşlarından ekskursiyaların təşkili vacibdir.Qeyd edək ki,sinifdən və məktəbdən kənarda öyrənmə probleminin həlli yolunda işlərin görülməsi artıq təhsildə dövrün və zamanın vacib bir tələbinə çevrilmişdir.

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi G.İsmayılova rəhbərlik etdiyi 1b sinif şagirdləri ilə Azərbaycan Milli Xalça Muzeyinə və Miniatur Kitab Muzeyinə ekskursiyaya getdilər.Gördükləri eksponatlar şagirdlərin böyük marağına səbəb oldu.Miniatur Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahovanın verdiyi məlumatları çox böyük həvəslə dinləyən birincilərimiz muzeydən böyük təəssürat hissi ilə ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi