İnsan alverinin qurbanı olma !

    İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. İnsan alverinin qurbanları kişi, qadın, həm də uşaqlar ola bilər.

İnsan alverində əsas məqamlardan biri qurbanın istismara cəlb edilməsidir. Qurbanları cəlb edən şəxslər onlara çoxlu yalan vədlər edirlər. Verilən vədlər çox inandırıcı və cəzbedici olur. İnsanları belə işlərə cəlb edənlər, onların yaxın dost, rəfiqə, hətta qohumları da ola bilərlər.

    Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 13.12.2022-ci il tarixdə psixoloq A Əsgərova,UBTR Ş.Orucova və fənn müəllimi B.Rəsulova tərəfindən şagirdlərlə bu mövzu ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı, fikirləri dinlənildi və müzakirə olundu. Maraqlı diskusiya yarandı

    Əminik ki, belə maarifləndirici söhbətlər şagirdlərin dünyagörüşünün inkişafına böyük təsir göstərəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi