Narkomaniya-əsrin bəlası

    Müasir dövrümüzün ağrılı və acılı bəlalarından biri də narkomaniyadır. El arasında "ağ ölüm" kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır. Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir.

    Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitəlarinin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirə salınmaz addımlar atmışdır.

    Bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərindən birinə çevrilmişdir.

    Bu məqsədlə 13.12.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Narkomaniya-əsrin bəlası" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Xəzər Rayon İH-nin baş məsləhətçisi Məmmədzadə Ofeliya, Xəzər RPİ-nin YYÇPİTB-nin rəisi, polis mayoru Eldar Əliyev, polis kapitanı Xəyalə Həsənova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisləri Aysun Kərimova, Arzu Məmmədova iştirak etdilər. Şagirdlərlə maarifləndirici söhbətlər aparıldı, videoçarxlar izlənildi, verilən suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi