Səfalı yurdumun şəfalı bitkiləri

    Dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin olması ilə əlaqədardır.

    Respublikamızın elmi təbabətində 200 növə yaxın dərman bitkilərindən istifadə olunur. Hər il min tonlarla dərman bitkiləri tədarük olunur. Bu kütlənin 50 faizini yabanı dərman bitkiləri təşkil edir.

Azərbaycanın rəngarəng təbii şəraiti onun ərazisində xüsusi temperatur və rütubət tələb edən dərman bitkilərini lazımi miqdarda yetişdirməyə imkan verir.

    12.02.2022-ci il tarixdə məktəbin biologiya müəllimi S.Mayılova 7e sinif şagirdləri ilə bu mövzu ilə bağlı dəyirmi masa təşkil etdi. Şagirdlər bir-birindən maraqlı rəsmlər təqdim etdilər. Araşdırdıqları məlumatları oxuyub müzakirə etdilər, videoçarxlar izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi