Siz hər zaman qəlbimizdə yaşayacaqsan, Ulu Öndər

    Xalqımız 12 dekabrı Ulu Öndər H.Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil quruculuq dövrü kimi daxil olub.

    12.12.2022 -ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə tarix müəllimi M.Kərimli 7d sinif şagirdləri ilə Ümumilli lider H.Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa təşkil etdi. Tədbirdə H.Əliyevin keçdiyi həyat yolundan söhbət açıldı, şagirdlər topladıqları məlumatlarla çıxış etdilər. Sonda Ulu Öndərə həsr olunmuş film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi