Heydər Əliyev irsini öyrənirik mövzusunda tədbir keçirildi

2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Düz 13 il öncə bu acı xəbəri eşidəndə Azərbaycan xalqı başına özü boyda qara yaylıq bağladı. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla Azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.12.12.2016-cı il tarixdə H.Z.Tağıyev adına 123 №-li orta məktəbə də Ümumimilli liderimiz H.Əliyevin anım günü qeyd olundu. Bu münasibətlə məktəbin müəllim və şagird kollektivi “H.Əliyev irsini öyrənirik” mövzusunda konfrans keçirildi. Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla qeyd olundu. Konfransda G.Əimova, Z.Sanıyeva, M.Kərimli, K.Cəlilova çıxış etdilər. Onlar Ulu öndərimizin həyatından söz açdılar. Şagirdlər Ulu öndərimizə həsr olunmuş şeirlər söylədilər. Sonda H.Əliyevə həsr olunmuş film izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi