Heydər Əliyev-Tarix Yaradan Şəxsiyyət

    Ümummilli liderimiz Heydər Əliyevi öz xilaskarını Azərbaycan xalqı heç zaman unutmur, daim onu ehtiramla yad edir. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

    Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

    Gələcək nəsillərə bu irsi aşılamaq üçün biz də məktəbimizdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlərə başladıq. Məktəbimizin tarix müəllimi R.Səmayə 10a sinif şagirdləri ilə Heydər Əliyevə həsr olunmuş dəyirmi masa təşkil etdilər. Ulu Öndərin həyat yolundan söhbət açıldı, şagirdlər araşdırdıqları məlumatları oxuyub müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi