" Xarıbülbülün vətəni-Şuşa "

    Şagirdlərin estetik tərbiyəsinin inkişafında təşkil olunan sərgilərin, müxtəlif müsabiqələrin böyük rolu vardır.

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimləri bu məsələyə daha ciddi yanaşırlar. Odur ki, məktəbin coğrafiya fənn müəllimi Əzimova Gülnarə 2022-ci ilin "Şuşa ili" elan olunması ilə əlaqədar bir çox silsilə tədbirlər keçirmişdir. Bunlardan biri "Xarıbülbülün vətəni-Şuşa"adlanan sərgidə 03.12.2022-ci il tarixdə öz şagirdləri ilə bərabər iştirak etməsidir. Sərgidə nümayiş etdirilən eksponatlar şagirdlərin böyük marağına səbəb oldu. Qarabağ elatının geyimləri, təsərrüfatda işlətdikləri alətlər, milli adət-ənənələri, Şuşanın qapılarının açarları, zinət əşyaları və pul vahidləri, Şuşa igidlərin istifadə etdiyi silahlar-xəncər və mauzerlər uzun müddət yaddaşlarından silinməyəcək.

    Musiqi Konservatoriyası adlanan Şuşada doğulan musiqiçilərin həyatı və onların ifa etdikləri musiqi alətləri böyük marağa səbəb oldu. Sərgidə qədim əşyalarla, həm də 44- günlük müharibə zamanı Müzəffər Ali Baş Komandanın və Şanlı ordumuzun qazandığı qələbəni əks etdirən şəkil və eksponatlar hamı tərəfindən maraqla qarşılandı. Sonda çəkilən şəkillər bir xatirə kimi şagirdlərə yadigar qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi