Müstəqil dövlətçiliyin bərpası

    Ulu Öndərimiz H.Əliyevin dediyi kimi, "Təhsil hər bir xalqın gələcəyidir". Müasir tələblər baxımından dərslərin keyfiyyətli, dolğun keçməsi üçün hər bir müəllim üzərinə düşən məsuliyyəti dərk edir və dərslərinin daha maraqlı keçməsi üçün yeni metod və üsullar düşünür.

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix fənn müəllimi Kərimli Məlahət 7d sinfində keçirilən "Müstəqil dövlətçiliyin bərpası" mövzusunu Milli Azərbaycan tarixi muzeyində keçməyi daha məsləhətli bilib, 02.12.2022-ci il tarixdə şagirdləri ilə bərabər muzeydə oldular. Dərs çox maraqlı keçdi. Şagirdlər müəllimənin dediklərinə, muzey əməkdaşlarının məlumatlarına çox diqqətlə qulaq asır, öz bildiklərini söyləyir, düşündürücü sualları ilə dərsi daha maraqlı etdilər. Bu gün ki, dərs şagirdlərin uzun müddət yaddaşından silinməyəcək. Həm dərs vaxtı, həm də sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi