Ərdəbil şəhəri

    Azərbaycanin ən qədim paytaxt şəhərlərindən biri də Ərdəbildir. Ərdəbil ətrafında mis, qızıl, kükürd və neft yataqları vardır. Şəhər dəfələrlə işğalçılar tərəfindən soyulub, qarət edilmişdir. 15-ci yüzillikdə Ərdəbili Şeyx Səfi nəslindən olan yerli Azərbaycan hakimləri Səfəvi Şeyxləri idarə edirdilər. Bu nəslin nümayəndələri Ərdəbildəki Şeyx Səfi məqbərəsində dəfn olunmuşdurlar. Görkəmli şair, sərkərdə və dövlət xadimi olan Şah İsmayıl Xətayidə burada dəfn olunmuşdur. Şeyx Səfi məqbərəsinin ən böyük salonu kitabxana üçün ayrılmış və nadir kitabları toplanmışdır. Həmin kitabxana 1828- ci ildə çar Rusiyası tərəfindən qarət olunmuşdur.

    Hal-hazırda Ərdəbil şəhəri çoxsaylı soydaşlarımızın yaşadığı mərkəzi şəhərlərdən biridir.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 5b sinif şagirdləri və tarix müəllimi M.Kərimli tədris proqramına əsasən bu mövzuda dəyirmi masa arxasında maraqlı dərs nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi