Məişət zorakılığının qarşısının alınması !

    Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur.

    Məişət zorakılığı bir sosial bəla kimi cəmiyyətə öz mənfi təsirlərini göstərməkdədir. Daima məişəy zorakılığı yaşanan ailədə böyüyən uşaqlar yetərincə qayğı və sevgi görmürlər, onlarda özlərinə qapanma, utancaqlıq, dərslərində geriləmələr müşahidə olunur və təlim-tərbiyələrində ciddi çatışmazlıqlar yaranır.

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 28.11.2022-ci il tarixdə məktəbin psixoloqu A.Əsgərova və UBR Ş.Orucova tərəfindən məişət zorakılığı ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirildi. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.

    Mövzu ilə əlaqədar qısametrajlı film və videoçarxlar maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi