Zərərli vərdişlərə yox deyək

    Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 25.11.2022-ci il tarixdə məktəbin psixoloqu Əsgərova Aygün, UBR Orucova Şəfa və tarix müəllimi Kərimli Məlahət 5-ci sinifdə "Zərərli vərdişlərə yox deyək"! mövzusunda maarifləndirici, profilaktik söhbətlər apardılar.

Şagirdlər zərərli vərdişlər və onların insan həyatına mənfi təsirləri haqqında maarifləndirildi və qarşısının alınması üçün tövsiyələr verildi.

    Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.

    Tədbirdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edildi, videoçarxlar nümayiş olundu. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırıldı, məktəblilərin iştirakı ilə müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi