Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri

    Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı,həmçinin risklər də yaradır.

    Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri ilə bağlı H Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu A. Əsgərova və Ş.Orucova və məktəbin fənn müəllimləri tərəfindən şagirdlərlə bu mövzu ilə bağlı maarifləndirici söhbətlər aparıldı.Şagirdlər mövzuya münasibət bildirib,bu mövzunu geniş şəkildə müzakirə etdilər.Müxtəlif fikirlər söyləyən şagirdlərin həyata baxışı ,dünyagörüşü UBR və psixoloq tərəfindən qənaətbəxş qarşılandı.

    Gəlin erkən nikaha daxil olmağa və xüsusilə də yaxın qohumlar arasında bağlanan bu nikahlara yox deyək! Qoy gələcəyimizin təminatçıları sağlam və xoşbəxt doğulub böyüsünlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi