“Zəfər” olimpiadası

Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhramanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində 28 ildir həsrətində olduğu doğma Qarabağımızı işğaldan azad etdi, Vətənimizin ərazi bütövlüyü bərpa olundu, müstəqil Azərbaycan əzəli düşməni olan işğalçı Ermənistan üzərində qətiyyətli tarixi qələbə qazandı.

            Ordumuzun bizə bəxş etdiyi bu misilsiz Zəfər dərsliklərdə öz əksini tapdı. Bu gün məktəblərimizdə “Zəfər tarixi” fənni tədris edilir. 26.11.2022-ci il tarixində BŞTİ-nin rəhbərliyi ilə ümumi təhsil müəssisələrində “Zəfər” məktəblilərarası I tarix olimpiadası keçirildi. H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə olimpiadada 11 şagird iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi