Məktəb, valideyn, şagird üçbucağı

    Təhsil qanununa görə, hər bir uşağın təhsil almaq hüququ var, bu yalnız valideynin istəyi və iradəsinə bağlı olan məsələ deyil! "Valideyn uşağını təhsil almaq hüququndan məhrum etməklə, həm də qanunvericiliyin tələblərini pozur. Qanunvericilik çərçivəsində həmin valideyn cavabdehlik daşıyır. Bəzən valideynlər "Uşaq mənimdir əgər, oxutmuram əl çəkin" yanaşması ortaya qoyurlar. Lakin bu gün uşaqların hüquqları ciddi şəkildə müdafiə olunur.

    Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.

    Şagirdlərin dərsdən yayınma hallarının qarşısının alınması məqsədilə məktəbdə valideyn iclasları təşkil olunur və səbəbləri araşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi