3a sinfi ekskursiyada

    18.11.2022-ci il tarixdə payız tətilinin səmərəli təşkil olunması məqsədilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədzadə Lalə 3A sinif şagirdləri ilə Bakı Zooloji Parkına ekskursiya təşkil etmişdir.

İlk olaraq, uşaqlar zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını böyük maraqla izləyiblər. Uşaqlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə onlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Uşaqlar daha sonra müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və s. ev heyvanları yerləşən kontakt zooparkının sakinləri ilə tanış olub, onlarla oynayıb, maraqlı və əyləncəli vaxt keçiriblər.

Daha sonra isə Bakıda yerləşən memarlıq abidəsi olan Qız qalasını ziyarət ediblər. Şagirdlər qalaya daxil olaraq abidə ilə yaxından tanış olublar.

Qız qalası Bakının rəmzidir və hər bir azərbaycanlı onunla fəxr edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi