Nağıl dünyasına bir günlük səyahət

Kukla teatrı,teatr aləmində vacib bir fenomendir çünki uşaqların zövqünü formalaşdıran, onların teatr aləminə marağını açan yeganə mədəniyyət ocağıdır.

Şagirdlərin payız tətili günlərində vaxtlarını səmərəli keçirtmək məqsədilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi S.Nurəddinova rəhbəri olduğu 2 d sinif şagirdləri tədris vaxtı keçdikləri nağılları əyani görmək üçün "Oyaq gözəl" tamaşasını izləməyə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına üz tutdular.

Azərbaycan xalq nağıllarını körpə vaxtdan sevən balalarımız bir daha onları maraqla izlədi və bu onlara xalqın qədim ənənələrinə sevgi hissi aşıladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi