Narkomaniya uçuruma aparan yol

H.Z.Tağıyv adına 123 saylı tam orta məktəbdə 21.11.2022-ci il tarixində maarifləndirici tədbir olan “Narkomaniya və QİÇS” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada 9-11-ci sinif şagirdləri iştirak etdilər.Tədbiri giriş sözü ilə məktəbin təşkilatçısı Z. Sanıyeva açıq elan etdi. O, “Narkomaniya və QİÇS” bu gün bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu, bu istiqamətdə dövlət tərəfindən qəbul edilən və imzalanan fərmanlar barədə şagirdlərə məlumat verdi. Şagirdlər bu mövzu ilə bağlı çoxlu rəsm əsərləri, video çarxlar hazırlamışdılar. XI b sinif şagirdləri böyük fəallıq göstərərək mövzuya çox gözəl hazırlaşmışdılar. Belə ki, şagirdlər cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəlası haqqında geniş məlumat verdilər. Daha sonra XI sinif şagirdlərindən Murad, Nəzrin,Turan insan həyatında sağalmaz fəsadlar yaradan narkomaniya haqda təqdirəlayiq çıxışlar etdilər. Məktəbin psixoloqu Ə.Aygün şagirdlərə “Narkotik maddələrin insanda fiziki və psixi funksiyaların pozulmasına gətirib çıxardığını” söylədi. Məktəbin hərbi rəhbəri Ç.Nəbiyev Narkomaniya insanın mənəviyyatını məhv edir, “Canlı ölüyə” çevirir. Yeniyetmə bilməlidir ki, “Narkoman” cəmiyyət üçün qiymətini itirmiş bir varlıqdır. “Dəyirmi masa” nı Uşaq Birliyi Rəhbəri O.Şəfa yeniyetmələri narkotik alüdəçiliyindən çəkindirilməsi təşəbbüslərinə dəstək layihəsinə qoşulmağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi