Məktəbəqədər yaş dövründə intellektual inkişaf

    Uşaqlıq və məktəbəqədər yaş dövrü nəinki uşağın həmçinin insan həyatının çox mühüm dövrüdür. Məhz bu dövrdə insanın sağlamlığı,onun xarakterinin və şəxsiyyətinin əsas cəhətləri formalaşır. Uşaqlıq dövründə qazanılan bilik,vərdiş və bacarıqlar böyük ölçüdə insanın bütün qalan ömrünü müəyyən edir.

    Məktəbəqədər hazırlıq kiçik yaşlarından uşaqda ətraf aləmə maraq yaradır, biliklərə və qarşıya qoyulmuş tapşırıqların müstəqil həlli yolunu axtarmağa meyil formalaşdırır.

    Məktəbəqədər yaşda əsas fəaliyyət növü oyundur. Uşaq oyunlarına rəhbərlik zamanı diqqət yetirmək lazımdır ki, oyun təkcə əylənmə vasitəsi olmasın, uşaq oyunda həyatı öyrənsin, tərbiyə olunsun və psixi cəhətdən inkişaf etsin.

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu A.Əsgərova, UBR Ş.Orucova məktəbəqədər hazırlıq qruplarının uşaqları ilə müxtəlif intellektual oyunlar təşkil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi