Maraqlı dərs

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə müəllim kollektivi dərslərin daha maraqlı, daha keyfiyyətli, günün tələbi baximindan qurmağa çalışır. Odur ki, keçirilən mövzular bəzən nəzəri biliklərin şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün praktik olaraq açıq havada flora və faunanın öyrənilməsi, yeraltı sərvətlərin çıxarılması və onların emalı ilə məşğul olan müəssisələr ilə tanış olması, Xəzər dənizinin və respublikamızda olan çayların iqtisadiyyatımızda oynadığı rolu, dağlıq və düzənlik ərazilərdə əhalinin yaşayışı, məşğulluğu ilə şagirdlərin tanış olması, ekoloji baximdan ətraf mühiti çirkləndirən amillərlə və onlarla mübarizə üsullarını yerindəcə izah edilməsi dərslərin daha effektli və keyfiyyətli alınmasında böyük rolu vardır.

    Məktəbin coğrafiya fənn müəllimi Əzimova Gülnarə də öz dərslərinin maraqlı, günün tələbi baximindan qurmağa çalışır. O, VII sinifdə keçirilən "Səma cisimləri", "Günəş sisteminin planetləri" mövzularını məhz Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsadxanasında olmasını məqsədə uyğun bilərək VII sinif şagirdlərindən təşkil olunmuş bir qrupla Rəsədxanada olmuş, Rəsadxana əməkdaşları ilə birgə çox maraqlı dərs - görüş keçirmişdir. Şagirdlər dərsin maraqlı keçdiyini söylədilər. Müəllimə tariximizi də öyrənməyi, müstəqil Azərbaycanımızın dünənini, bugününü bilməyi şagirdlərə tövsiyyə etdi və gələcəyin qurucuları məhz onların olacağını söylədi. Şagirdlər Şamaxıda yerləşən Cümə Məscidində də oldular. 1918-ci ildə olan hadisələrlə, dinc əhalinin başına ermənilər tərəfindən gətirilən müsibətlər haqqında olan yazılarla da tanış oldular.

    Yol boyunca müəllimə şagirdləri,hal-hazırda Respublikamızın hər bölgəsində olduğu kimi,Şamaxıda da görülən böyük işlərlə tanış edirdi.

    Şagirdlər və onların valideynləri də həm Rəsədxanada olan dərsdən, həm də Şamaxının tarixi haqqında olan məlumatların əldə olunmasından çox razı qaldıqlarını bildirdilər. Çəkilən şəkillər isə məktəbdə yaradılan foto- guşənin albomuna daxil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi