"Breyn -rinq" intellektual bilik yarışı

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Tarix-coğrafiya" fənn aylığı qrafikinə uyğun olaraq 11.11.2022-ci il tarixdə lX sinif şagirdləri arasında "Breyn-rinq" intellektual bilik yarışı keçirildi.Yarış 2 mərhələdən təşkil olunmuşdu. Breyn-rinqi təşkil edən coğrafiya fənn müəllimi Əzimova Gülnarə oyunun qaydalırını şagirdlərə izah etdi. Dünyada yeni tarix yazan, Azərbaycan coğrafiyasında yeni səhifələr açan Müzəffər Ali Baş Komandanımızın və qalib ordumuzun 44 günlük müharibədə qazandığı Şanlı zəfərə,Yeni Azərbaycan Partiyasının 30-cu ildönümünə həsr olunan suallar şagirdlər tərəfindən düzgün və çox dolğun cavablandırıldı. Cavabların balları münsiflər heyəti tərəfindən hesablandı və elan edildi. Məktəbin direktoru Mustafayeva Sevinc komandaların çıxışından razı qaldığından, şagirdlərin çox aktiv, intellektual və bacarıqlı olmalarını alqışladı. Komandalara fəxri fərmanlar və qalib komandaya kubok təqdim olundu.

Xəzər rayon YAP Gənclər Birliyinin idarə heyətinin sədri Rəşad müəllim komandaları təbrik etdi, yarış haqqında səmimi sözlər söylədi. Gülnarə müəllimə bilik yarışının uğurlu alınmasında ona böyük köməklik göstərən məktəbin direktoru Sevinc xanıma və Xəzər Rayon YAP Gənclər Birliyinin Təşkilati Məsələlər üzrə katibi Heydər Mirzəyevə təşəkkürünü bildirdi. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi