Ağ ölümə yox deyək!

Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir və təəssüflə qeyd etməliyik ki, “Ağ ölüm” adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu bəlayla durmadan mübarizə aparmaq cəmiyyətin hər bir üzvünün borcudur. 01.12.2016-cı il tarixində Xəzər rayonu, H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Ağ ölümə yox deyək!” mövzusunda konfrans keçirildi. Konfransda məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər. Müəllimlər şagirdlərə bu dəhşətli ağ ölüm haqqında bilgi verdilər. Narkomaniya ilə necə mübarizə aparmağın yollarından danışdılar. Sonda “Uçurumun kənarında” filmi izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi