Ziyarətgaha çevrilən abidə

    Vətən müharibəmiz Rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Ordumuz və Zəfər Sərkərdəmiz İlham Əliyev dünyanın hansı guşəsində yaşamasından aslı olmayaraq bütün azərbaycanlılara möhtəşəm bir sevinc, misli görünməmiş xoşbəxtlik bəxş etdi.

    Azərbaycan ən yeni tarixini-zəfərlərlə bəzənmiş tarixini yazdı. Vətən yolunda canını sipər edən, ölümün gözünə dik baxmağı bacaran əsgər və zabitlərimizin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi ilə Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırmağı uğurla davam etdirdi və onları diz çökdürdü.

    H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin həyətində 6 şəhid məzunu xatirəsinə ucaldılmış abidə kompleksi şagirdlərin və müəllimlərin ziyarətgahına çevrilmişdir. 8 noyabr-Zəfər günü münasibətilə bütün kollektiv dəstə-dəstə abidə önünə tər çiçəklər düzərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi