Ürəklərdən qidalanan ruhlar

    Qəhramanlıq bir anın bəhrəsi deyil. Qəhramanlıq məqamında doğulur, şimşək kimi çaxır, çox vaxt sonda Səməndər quşu kimi öz alovuna bürünüb yox olur. Özlərindən sonra isə bitib tükənməyən qəhramanlıq salnamələri qoyub gedirlər. Gələn nəsillərə örnək olurlar.

    Şəhidlər undulmurlar. Onlar Tanrı qədər müqəddəsləşir. Tanrı qədər böyüyür ! Şəhidlər torpağa deyil, ürəklərə gömülür-şəhid ruhu ürəklərdən qidalanır. İnsanın qəlbindən qidalanan ruhlar, heç vaxt unudula bilməz...

    4 noyabr 2022-ci il tarixdə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə 6 şəhid məzunun şərəfinə ucaldılan abidə kompleksinin açılışı oldu.

    Tədbirdə RİH başçısı E.Salahov, BŞTİ-nin sektor müdiri A. Mustafazadə, GYF-nun əməkdaşı İ.Vəkilov, şəhid ailələrinin üzvləri, qazilər, bir çox dövlət qurumlarının məsul şəxsləri çıxış edərək, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını qeyd etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi