Zəfərə gedən yol

    Azərbaycan xalqı bu günlərdə öz tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. Özünü beynəlxalq aləmdə təsdiq edən,nələrə qadir olduğunu göstərən bu xalq bir daha nümayiş etdirdi ki, onun sarsılmaz birliyi, dəmir yumruğu istənilən azğın düşmənin öhdəsindən qısa müddətdə gəlməyə qadirdi.

    44 günlük müharibə dövründə qüdrətli Azərbaycan ordusu cəbhədə tarix yazdı. Bu gün bizim bayrağımız illərlə düşmən vandaliziminin qurbanına çevrilmiş indi isə qəhrəman Azərbaycan oğullarının öz canları bahasına azad etdiyi, düşməndən təmizlədiyi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadl, Şuşa səmalarında dalğalanır.

    Bu tarixi qələbəni yazan vətən oğulları ilə 03.11.2022-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə görüş keçirildi. Görüşdə qazilərimiz döyüş xatirələrindən söhbət açdılar, şagirdləri maraqlandıran suallara cavab verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi