Zəfər Gününə həsr olunmuş Breyn-Rinq yarışması

    8 Noyabr-Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisələrdən biridir. 2 il bundan əvvəl sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı və 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan erməni faşizminə sarsıdıcı zərbə vuruldu.

    Torpaqlarımızın işğaldan azad olunması Azərbaycan tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edir.

    Bu şanlı qələbə münasibətilə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində 7-ci sinif şagirdləri arasında "Breyn-Rinq" intellektual bilik yarışması keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi