Zəfərə gedən yolun qəhrəmanı !

    Ali Baş Komandanın "İrəli" əmri ilə rəşadətli ordumuzun hünərli əsgər və zabitlərinin şücaəti ilə 44 günlük müharibə ərzində yeri-yurdu olmayan işğalçı erməni əsgərlərinə elə bir dərs verildi ki, bütün hərbi sürsatlarını, hərbi texnikasını qoyub qaçdılar.

    Ədalət qalib gəldi. Ərazimiz bütövləşdi. Bir sözlə haqqın öz yerini tapdığı gün gəlib çatdı və Cənab Prezidentimiz İlham Əliyevin də dediyi kimi  "Bizim üçün artıq 30 illik işğal da, müharibə də arxada qaldı".

    Biz torpaqlarımıza qovuşduq.

    Qarabağ Azərbaycandır!

    Bu gün Füzuli, Cəbrayıl döyüşlərində şəhid olan İsmayıllı Məhəmmədəli Elxan oğlunun anım günü idi. Şəhidimizin adını daşıyan H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 9d sinif şagirdləri və sinif rəhbəri Kərimli Məlahət Məhəmmədəlinin şəhidlik zirvəsinə çatdığı vaxta qədər keçdiyi həyat yoluna nəzər saldılar. Onun haqqında videoçarx nümayiş olundu.

    Ölümündən sonra İsmayıllı Məhəmmədəli Elxan oğlu "Vətən uğrunda", "Füzuli və Cəbrayıl" uğrunda döyüşlərinə görə medalla təltif olunmuşdur.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi