Sağlam ailə,sağlam gələcək !

Sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Sağlam inkişaf edən dövlət ilk öncə sağlam ailələrdən formalaşır. Bunun üçün də ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac var.

Bunları nəzərə alaraq Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Sağlam ailə, sağlam gələcək" başlığı altında açıq dərs təşkil olundu. Açıq dərsi məktəbin biologiya müəllimi B.Rəsulova, psixoloq A.Əsgərova, UBR Ş. Orucova təşkil etdilər.

Şagirdlər arasında mövzu ətrafında müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi