18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü

    Bu gün müzəffər Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür.

    Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi,ərazi bütövlüyünün bərpası idi.Xalqın bu arzusunu prezident İlham Əliyev reallaşdırdı.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı Şanlı Qələbə nəticəsində işğala son qoyuldu,düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı,dövlətin ərazi bütövlüyü bərpa edildi.Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!

    Bu gün H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş şeir müsabiqəsi təşkil olundu.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

    Müsabiqədə 25 şagird iştirak etdi.İştirakçı şagirdlər arasında 4 nəfər qalib seçildi və fəxri fərmanlarla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi