Şəhidlik ən uca zirvədir!

    Azərbaycanın bütövlüyü uğrunda canları, qanları hesabına vuruşan oğullarımız 44 günlük II Qarabağ müharibəsində qələbə qazandılar, zəfər çaldılar! Zəfər günündə şəhidlərimizin ruhları sevindi. 14.10.2022-ci il tarixdə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin şəhid məzunu Abdullazadə Qasım Əli oğlunun anım günü keçirildi. İnsanların qəlbində özünə yer edən şəhid balamız 27.07.1999-cu ildə Mərdəkanda anadan olmuş, H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəbin bitirdikdən sonra hərbi xidmətə getmiş, müharibə başlayanda könüllü xidmətini davam etdirmiş, müharibədə bir çox şəhər və kəndlərin azad edilməsinə qəhramanlıqlar göstərmişdir. 2020-ci ilin oktyabrın 14-də Füzuli uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Məktəbin rəhbərliyi anım günündə şəhidin ailəsi ilə görüş keçirtdi. Onun adını daşıyan 8c sinif şagirdləri şəhidin məzarını ziyarət etdilər, üzərinə tər çiçəklər düzdülər, ruhuna dualar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi