Polis Akademiyasında "Açıq qapı" günü

    Vətənpərvərlik dərin anlama malik kəlmədir.Vətənpərvərliyin dərin və tarixi kökləri vardır.Vətənpərvərlik ən dərin,ən müqəddəs və ən ülvi hisslərdən ,duyğulardan biridir.Hər bir adamın qiyməti onun Vətənə,millətə xidməti

ilə,əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.

Prezidentimiz İlham Əliyev demişdir:"Mən istəyirəm ki,gənclərimiz vətənpərvər,peşəkar,bilikli,savadlı olsunlar,Vətən sevgisi ilə böyüsünlər".

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir.Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.

11.10,2022-ci il tarixdə H.Z Tağıyev adına 123 saylı tam orta məktəbin 9-11-ci sinif şagirdləri Polis Akademiyasında keçirilən "Açıq qapı"günündə işrirak etdilər.Asayişimizi qoruyan polis əməkdaşları gənclərimizə Vətəni sevməyi,vətəndaşlarını qorumağı,onların rifahını,rahatlığını təmin etmək üçün maraqlı söhbətlər apardılar və bu sənətin çətinliyi,məsuliyyəti,şərəfli olması barədə şagirdlərə maraqlı məlumat verdilər.

Bu sənəti seçən gənclərimizə uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi