1-ci siniflərin kitabxana ilə tanışlığı

    Şagirdlərlə mütaliə mədəniyyətini inkişaf etdirmək məqsədi ilə davamlı olaraq məktəbin kitabxanasında şagirdlərlə görüşlər keçirilir.Bu gün məktəbin 1b sinif şagirdləri ibtidai sinif müəllimi Günay İsmayılovanın təşkilatçılığı ilə kitabxana ilə tanış oldular.Kitabxanaçı Süleymanova Nigar şagirdlərə məktəbin kitabxanası haqqında ətraflı məlumat verdi.O,kitabların rəflərdə müəyyən başlıqlarla əlifba sırası ilə düzülüşünü şagirdlərə izah etdi.Kitabxanada hər bir şagirdin mütaliəsi üçün lazım olan kitabların olduğunu və onların necə əldə edilməsini izah etdi.Hər bir şagird kitabxanaya üzv yazıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi