"Mənim ailəm mənim qalamdır"!

Ailə bir komanda,birlik deməkdir.

Ailədə sevgi,səmimiyyət,qarşılıqlı

hörmət çox mühüm şərtlərdən biridir.Ailə bizim ən isti ocağımız,qurduğumuz ən böyük,sarsılmaz qalamızdır.Ailə bizim gələcəyimizdir,bizi özündə yaşadan və bizim yaşatdığımızdır,hansı ki,hardan baxsan,hər fəsli ilə həyatımızın rəngidir,mənasıdır.

Həqiqətən ailə bir qaladır.Qurub yaratdığın sonra da içinə sığınıb yaşadığın.Onu qorumaq da sahibinə düşər.Ailənizin qədrini bilin,onun dəyəri ölçülməzdir.

H.Z.Tağıyev adına 123 sayılı tam orta məktəbin psixoloqu Ə.Aygün"Mənim ailəm,mənim qalamdır"mövzusundan dəyirmi masa keçirdi.Şagirdlər düzəltdikləri ailə ağacı və çəkdikləri ailə rəsmi haqqında məlumat verdilər.Sonra onlarla sorğu keçirildi və bu sorğuda şagirdlər fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi