“Bayramınız mübarək əziz müəllimlərimiz”!

    Yazıçı insanlara öz kitablarını, rəssam əsərlərini irs qoyur. Bəs müəllim? Müəllim öz şagirdlərinin qəlbində, onların hərəkət, rəftar və düşüncələrində yaşayır. Müəllim ölməzliyi məhz bundadır. 05.10.2022-ci il tarixində Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə “Müəllimlər günü” nə həsr olunmuş səhərcik keçirildi. Tədbiri məktəbin direktoru Sevinc xanım açıq elan etdi. O, dünyada ən şərəfli peşə olan müəllim sənəti, onun hər bir insanın həyatında oynadığı roldan danışdı. Müəllim həmkarlarını bu əziz gün münasibətilə təbrik etdi. Onların əldə etdiyi uğurlardan danışdı. 500-600-dən yuxarı bal toplayan məzunların və onların valideynlərinin çıxışları bütün kollektivi qürurlandırdı. Beynəlxalq eTwinning layihəsində qalib olan 2 müəllim və şagirdlər, ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında ən yüksək bal toplayan müəllimlər məktəbin rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi. Digər müəllimlərin də uğurları haqqında danışıldı. Sonda balaca fidanlarımız mahnıları, rəqsləri ilə müəllimlərini sevindirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi