Unutmarıq bir an Sizi !

    Ordumuzun 27 sentyabr 2020- ci ildə ermənilərin hücumuna cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu .Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun,xalq və ordu birliyinin təcəssümünə çevrildi .Hər kəs Vətən fədaisi oldu o gün.İllərlə yaşadığmız ağrı-acılar bir anda sevincə çevrildi.Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki ,Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.

    Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyası iradəsi ,ordumuzun sücaəti hesabına qazandıq.Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq və gənc nəslin vətənpərvər ,cəsur yetişməsində qəhrəman şəhidlərimizin sücaəti onlara örnək olacaqdır.

    21.09.2022-ci il tarıixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Kərimli Məlahət 5a və 5 b sinif şagirdləri ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş açıq dərs keçirdi .Görüntüləri sizlərə təqdim edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi