Müstəqil həyata ilk addım

H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə XI sinif şagirdlərinə 2021-2022-ci tədris ilini bitirmələri haqqında tam orta təhsil haqqında attestatlar təntənəli təqdim olundu. Məktəbin direktoru Sevinc müəllimə şagirdləri məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik etdi, onlara uğurlar dilədi. O qeyd etdi ki, sevindirici haldır XI sinfi iki şagirdimiz fərqlənmə attestatı ilə bitirdi. Onlardan biri artıq Florida Universitetinin tələbəsidir. Digər şagirdlərimizin də topladıqları ballara görə ölkəmizin müxtəlif universitetlərinin tələbəsi olmaq şansları çoxdur. Tədris işləri üzrə direktor müavini Könül müəllimə və Həmkarlar təşkilatının sədri Gülnarə müəllimə də şagirdləri təbrik edib onlara ən xoş arzularını dilədilər. Öz əməlləri ilə müəllimlərinin, valideynlərinin başını həmişə uca tutmağa çalışsınlar. Tədbirdə Turizm Agentliyinin nümayəndəsi Turizm Könüllülər təşkilatının təşkilat məsələləri üzrə katibi Heydər Mirzəyev də iştirak etdi. O bu məktəbin məzunu olması ilə qürur duyduğunu, qazandığı nailiyyətlər üçün məktəbə, müəllimlərinə borclu olduğunu söylədi. Bu gün bir gənc və təşkilat katibi kimi şagirdlərə öz səmimi arzularını çatdırmaqda imkan verən məktəb rəhbərliyinə minnətdarlığını bildirdi. O, şagirdlərə Müstəqil Vətənimizin layiqli gənci olmaqla bərabər, hansı sənətin sahibi olmasından asılı olmayaraq onlara, Azərbaycanımızın çiçəklənməsində, işğaldan azad olmuş şəhər və rayonlarımızın quruculuq işlərində bütün bilik və bacarıqlarını sərf etmələrini tövsiyə etdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi