Müəllim, valideyn, şagird üçbucağı

H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə 22.06.2022-ci il tarixdə məktəbin direktoru Mustafayeva Sevinc müəllimənin iştirakı ilə 6c sinfinin hesabat iclası keçirildi. İclası sinfin rəhbəri Əzimova Gülnarə müəllimə giriş sözü ilə açıb, hamının yayın birinci, gözəl günündə bir yerdə olmasına sevindiyini söylədi. Müəllim, valideyn, şagird üçbucağı əgər möhkəm əlaqəli işləyərsə, onda ilin sonunda əldə olunan nəticə də sevindirici olar. Məktəbin direktoru bunu bir daha vurğuladı, qeyd etdi ki, 6c sinfində şagirdlərin dərsə münasibəti, davamiyyəti, intizamı məhz valideynlərin məktəblə çox sıx əlaqələrinin olması, sinif rəhbərinin valideynlərlə bərabər yetişən gənc nəslin ölkəmizə layiqli vətənpərvər vətəndaş kimi böyüməsinə, təhsil almasına və tərbiyə edilməsinə sərf etdiyi əməyin nəticəsidir.

21 nəfərdən 2 şagirdin əlaçı,12 nəfərin "5"-"4" yerdə qalan şagirdlərin qarışıq qiymətlərlə oxuması "3" qiymətin az olması "2" qiymətin olmaması bizi sevindirir. Pandemiyadan sonra çətinliklərə sinə gələn müəllim və şagirdlərin böyük zəhmətinin nəticəsində əldə olunan nailiyyət göz qabağındadır.

Valideynlər də öz növbəsində məktəb rəhbərliyinə xüsusən Sevinc xanıma təşəkkürlərini bildirdilər, sinif adından öz imzaları ilə təsdiq olunmuş fəxri fərmanı ona təqdim etdilər. Həmçinin əlaçı şagirdlər və aktiv valideynlər fəxri fərmanlarla təltif olundular. Sinif rəhbəri Gülnarə müəlliməyə onların övladlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Valideynlər və şagirdlər ürək sözlərini söylədilər. Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi