Təhsil millətin gələcəyidir!

Bakı şəhəri Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 06.06.2022-ci il tarixdə Ümumtəhsil məktəblərin əməkdaşlığı-qardaşlaşmış məktəblər və Etwinning layihələri üzrə birgə çalışan müxtəlif məktəb rəhbər və müəllimlərin toplantısı keçirildi.Giriş sözü ilə toplantını açıq elan edən məktəbin direktoru Sevinc Mustafayeva gələn qonaqları salamladı və hal-hazırda məktəblər arasında əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu vurğuladı.Etwinning layihəsində Avropa Milli keyfiyyət nişanı qazanan məktəbin coğrafiya müəlliməsi Gülnarə Əzimova və Dişli Çarxlar adlanan Qrant layihədə iştirak edən Məlahət Kərimli iştirak etdikləri layihələrdə qazandıqları uğura görə məktəbin direktoru Sevinc müəlliməyə həmçinin hər iki layihənin uğurla başa çatdığına görə layihə rəhbəri,qurucusu Ceyhun Əsgərova təşəkkür etdilər,işləri haqqında toplantı iştirakçılarına məlumat verdilər.Toplantıda İsmayıllı rayon Gəndov kənd ümumi məktəbinin müəllimi uğurlu layohələrin rəhbəri Ceyhun Əsgərov,həmin məktəbin bir qrup müəllimi,Şuşa şəhəri 7 saylı tam orta məktəbdən Nəsirova Zərifə

və Zemfira müəllimələr,Laçın rayon Çıraqlı kənd tam orta məktəbdən Şirəliyeva Gülnar və Abdullayeva Ülviyyə müəllimələr,Turizm Könüllülər Təşkilatından Mirzəyev Heydər iştirak etdi.Xəzər rayon İcra Başçısının müavini Lalə Əhmədova və Xəzər rayon İcra Hakimiyyətinin mütəxəssisi Ofeliya Məmmədova çıxışlarında hər iki layihə iştirakçılarına uğurlar dilədilər,bu formada olan layihələrin məktəblərin əməkdaşlığında nə qədər böyük əhəmiyyəti olduğundan və müəllimlərin çıxışına böyük maraqla qulaq asdıqlarını qeyd etdilər.Bütün layihə iştirakçıları gələn görüşün Şuşada keçirilməsi istəklərini bildirdilər.

Sonradan "Şuşa sən azadsan"mövzusunda həm şagirdlərin zəfər tariximizdən olan çıxışları,həm də Bülbülcan adına musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında səslənən mahnılar çox böyük marağa səbəb oldu.Alqış sədaları altında layihə iştirakçılarına fəxri fərmanlar verildi,məktəbin direktoru "Şuşa sən azadsan"və "Qarabağ bizimdir" şüarları ilə tədbiri bitirən şagirdlərə təşəkkür etdi.Sonda tədbir iştirakçıları və qonaqlarla xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi